Foksdan böyük üstünlük

Foksdan böyük üstünlük

NBA-da müntəzəm çempionatın yekunlarına əsasən təqdim olunan daha bir mükafatın sahibi bəlli olub. “Kletç”də ən yaxşı basketbolçu adına De Aron Foks layiq görülüb.

“Sakramento”nun üzvü əfsanəvi Cerri Uestin şərəfinə verilən mükafatın ilk sahibi olub. O, səsvermədə 500 mümkün xaldan 460-nı toplayıb.

100 respondentdən 91-i Foksu 1-ci yerə layiq görüb. O, böyük üstünlüklə izləyicilərini qabaqlayıb. İkinci yeri 104 xalla Cimmi Batler (“Mayami”), üçüncünü 80 xal toplayan Demar Derozan (“Çikaqo”) tutub.

Qeyd edək ki, bərabər mübarizə şəraitində keçən qarşılaşmaların son dəqiqələrinin nəzərə alındığı “kletç”dəki atışlar zamanı Foks hamıdan çox – 194 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Ançelotti Qvardiolaya çatdı

Növbəti yazı

Monfis “Rolan Qarros”da