Ançelotti Qvardiolaya çatdı
“Real” son 13 ildə 11-ci dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. İspaniya klubu 1/4 finalda “Çelsi”ni hər iki oyunda 2:0 hesabı ilə üstələyib. Bu 13 mövsümdə digər komandalardan heç biri 11 dəfə bunu bacarmayıb.
Madridlilərin baş məşqçisi Karlo Ançelotti 9-cu dəfə yarımfinala komanda daşıyıb. O, “Mançester Siti”nin çalışdırıcı Pep Qvardiolanın rekordunu təkrarlayıb. Lakin ispaniyalı bu gün rekordunu yeniləyə bilər.