Fliklə 8-ci qələbə

Fliklə 8-ci qələbə

Almaniya millisi Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 8-ci oyununda da qalib gəlib. Bundestim yoldaşlıq oyununda İsraili 2:0 hesabı ilə məğlub edib.

Bu matçda Kay Haverts və Timo Verner fərqlənib. Flikin baş məşqçi təyin olunmasından sonra bütün qarşılıaşmalarda qalib gələn Almaniya bu müddətdə 32 top vurub və 2-ni buraxıb.

Bu, Bundestimin son 42 ildə ən uzun qələbə seriyasıdır. 1979-82-ci illərdə AFR yığması 12 qələbəni sıralayıb.

ETOPAZ

Əvvəlki yazı

Şventek dünyanın 1 nömrəsi olacaq

Növbəti yazı

Eriksen qolla qayıtdı