Eriksen qolla qayıtdı
Kristian Eriksen Danimarka millisinə qayıdışını qolla qeyd edib. AVRO-2020-nin Finlandiya ilə oyununda (0:1) ürəyi dayanan yarımmüdafiəçi 9 aylıq fasilədən sonra yığma forması geyinib.
O, Niderlandla yoldaşlıq görüşündə sonradan meydana çıxıb. O, komandasının 2:4 hesabı ilə uduzduğu qarşılaşmanın 47-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, Eriksen bu ilin yanvarında “Brentford”a keçib və ötən ay yeni klubunda debüt edib.