Finalın adı: “Qarabağ” – “Zirə”

Finalın adı: “Qarabağ” – “Zirə”

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. “Qarabağ” “Qəbələ”ni, “Neftçi” “Zirə”ni qəbul edib.

“Azersun Arena”da keçirilən qarşılaşmada ağdamlılar inamlı qələbə qazanıb. “Köhlən atlar” ilk hissədə 4, ikinci hissədə 1 qol vuraraq 5:0-lıq qalibiyyət əldə edib. İki oyunun ümumi nəticəsinə görə “Qarabağ” “Qəbələ” səddini 8:1 hesabıyla adlayıb.

Yarımfinalın son görüşü “Bakcell Arena”da baş tutub. “Neftçi” “Zirə” matçının hər iki hissəsi ilk matçdaki kimi qolsuz yekunlaşıb. Əlavə vaxtda da hesab açılmayıb. Cütün taleyi penaltilər seriyasında həll olub. Burada daha dəqiq olan qəsəbə təmsilçisi 4:2 hesabıyla “Neftçi”ni məğlub edib və tarixində ilk dəfə finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 27-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Real” Modriçlə müqavilənin müddətini uzadacaq

Növbəti yazı

Günün kuponu – 30.04.2022