Günün kuponu – 30.04.2022
“Lids” – “Mançester Siti” – 2 [nowbetnow-dynamic dyn_code=1371]
İki “cəbhədə” – premyer liqa və ÇL-də çempionluğu hədəfləyən “Siti”nin xal itirməyə haqqı yoxdur. Əks halda, “Liverpul” bir qələbə ilə liderliyi ələ keçirə bilər. Qvardiolanın komandasını “Real Madrid”lə ağır cavab oyunu gözləsə də, fikrimcə, eksperimental heyətlə belə Lids səfərindən qələbə ilə dönə bilərlər.
“Hoffenhaym” – “Frayburq” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1372]
Sona 3 tur qalmış 5-ci yerdə qərarlaşan “Frayburq” birbaşa ÇL-in qrup mərhələsinə vəsiqə verən ilk “dördlüy”ə düşməyə can atır. Son 6 turda qələbə qazana bilməyən “Hoffenhaym” isə ən yaxşı halda Avroliqa və ya Konfrans Liqasında oynamaq hüququ verən 5-6-cı yerləri tuta bilər. Bir sözlə, 3 xal hər iki komandaya çox lazımdır. 31 turda eyni sayda – 52 qol vuran komandaların qarşılaşmasında qapılara azı 3 qol vurulacağını təxmin edirəm.
“Borussiya Dortmund” – “Bohum” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1373]
Çempionluq yarışında “Bavariya”ya uduzan Dortmund klubu üçün matçın nəticəsi ciddi əhəmiyyət daşımır. Ona görə oyun kiçik əmsallı 1 variantı risklidir. Üstəlik, müxtəlif səbəblərdən “Borussiya”nın 12 oyunçusu matçı buraxacaq. Statistika bu komandaların əksər görüşlərinin qarşılıqlı qollara keçdiyini göstərir. Tərəflər üçün nəticəsi ciddi əhəmiyyət daşımayan bu oyunda qol /qol variantına güvənmək olar.