Finalın adı: ”İnter” – “Mançester Siti”

Finalın adı: ”İnter” – “Mançester Siti”

Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Raundun son matçında ”Mançester Siti” ”Real”ı qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Hesab ilk yarıda açılıb. Bernardo Silva fərqlənib. Çox keçmədən portuqaliyalı dublunu rəsmiləşdirib. İkinci yarıda daha 2 qol vurulub. Eder Militao avtoqol müəllifi olubsa, Xulian Alvarez adını tabloya yazdırıb – 4:0.

İstanbulda keçiriləcək finalda ”İnter”in rəqibi ”Mançester Siti” olub.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”dan böyükhesablı qələbə

Növbəti yazı

Günün kuponu – 18.05.2023