FIFA referimiz Türkiyə millisinin oyununda

FIFA referimiz Türkiyə millisinin oyununda

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb. Bunu AFFA-nın rəsmi saytı açıqlayıb.

O, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Türkiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq. Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Qeyd edək ki, “Atatürk” Olimpiya Stadionundakı qarşılaşma fevralın 28-də gerçəkləşəcək.

ETOPAZ

Əvvəlki yazı

Dibala üçün ayrılıq şansı

Növbəti yazı

Lebonun mətbuat konfransı keçiriləcək