Dibala üçün ayrılıq şansı
“Roma”da ayrılıq baş verə bilər. Paulo Dibalanın komandanı tərk etmək variantı yaranıb.
Belə ki, klublar onu iyulun 31-dək cəmi 12 milyon avroya ala bilərlər. Bu, 30 yaşlı forvardın “Roma” ilə müqaviləsində nəzərdə tutulan təzminat şərtləridir. Argentinalının sözləşməsi 2025-ci ilin iyun ayına qədərdir.