FİFA ofsayd qaydasını dəyişir
FİFA ofsayd qaydasının dəyişdirilməsini nəzərdən keçirir. Buna səbəb real təhlükənin olmadığı epizodda hakimin hücum edən tərəfin əleyhinə fit çalması ilə bağlı narazılıqlardır.
Qaydalardakı dəyişikliklər İtaliyada sınaqdan keçiriləcək. Yenilik 18 yaşadək gənclər arasında matçlarda yoxlanılacaq. Yeni qaydalar hücumçunun bədəni ilə müdafiəçi arasında “pəncərə” yarada bilər.
Xatırladaq ki, Qətərdə keçirilən klublararası dünya çempionatında VAR-da oturan hakimlər ilk dəfə epizoddan bir neçə saniyə sonra robotun görüntünü ötürdüyü zaman ofsayd mövqeyini yarı avtomatik təyin edən sistemdən istifadə ediblər. Bunun sayəsində qərar bir neçə saniyə ərzində verilib.