Federerin 600 milyonluq qazancı

Federerin 600 milyonluq qazancı

“Böyük dəbilqə” turnirlərinin 20 qat çempionu Rocer Federerin texniki sponsordan əldə etdiyi qazanc bəlli olub. 2018-ci ildə “Nike” ilə əməkdaşlıqdan imtina edən ulduz tennisçi o qədər də tanınmayan iki brendlə anlaşıb.

Bu, isveçrəli tennisçiyə 600 milyon avro qazandırıb. “Nike” isə Federerə ildə yalnız 10 milyon avro təklif edirdi.

Bu şirkətlərin qiyməti də əməkdaşlıq sayəsində artıb. Onlardan birinin səhmdarları arasında yer alan Federer bu yolla da yüksək qazanc əldə edib.

Xatırladaq ki, Federer “Böyük dəbilqə”də son qələbəsini üç il əvvəl Avstraliyada qazanıb.

ETOPAZ

Əvvəlki yazı

FİFA ofsayd qaydasını dəyişir

Növbəti yazı

Braziliya milisində itki