“Feyenoord” və “Yuventus”dan qələbə

“Feyenoord” və “Yuventus”dan qələbə

Avropa Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində 4 qarşılaşma baş tutub.

“Feyenoord” “Roma”nı qəbul edib. Niderlandlılar minimalhesablı qələbə qazanıb.

“Bayer” Belçika “Union”unu ilə üz-üzə gəlib. 2 qolun vurulduğu görüş sülhlə nəticələnib – 1:1.

“Yuventus” “Sportinq”lə qarşılaşıb. Federiko Qatti turinlilərə qalibiyyəti gətirib – 1:0.

Günün mərkəzi görüşündə “Mançester Yunayted” “Sevilya”nı qonaq edib. Qarşılıqlı qolların vurulduğu oyun sülhlə nəticələnib – 2:2.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında 1/4 finalın ilk oyunları keçirildi

Növbəti yazı

Həftənin oyunçusu adına namizədlər