Ferqyusondan məsləhət
“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun komandanın “sükanı arxası”nda görmək istədiyi mütəxəssis bəlli olub. Şotlandiyalı çalışdırıcı bu vəzifəyə Maurisio Poçettinonun gətirilməsini məsləhət görür.
Argentinalı hazırda PSJ-nin baş məşqçisidir. O, yalnız mövsüm başa çatdıqdan sonra Mançester klubuna keçə bilər. Əvvəllər “Tottenhem”də çalışmış Poçettino da bunun əleyhinə deyil.
Qeyd edək ki, norveçli Ole-Qunnar Sulçeri istefaya göndərən “Mançester Yunayted”i qarşıdakı oyunlara onun köməkçisi Maykl Karrik çıxaracaq.