Günün kuponu – 22.11.2021
“Verona” – “Empoli” – QQ
Hər iki komanda A seriyasında qonşu pillələrdə 10-11-cı sırada qərarlaşıblar. “Verona” 12 oyunda rəqib qapılarına 25 qol vurubb, “Empoli” isə 18 dəfə qola sevinib. Ümumiyyətlə son oyunlarda hər iki komanda meydanı qolsuz tərk etmir. Aşkar favorit olmadığı görüşdə seçimim QQ-dur.
“Torino” – “Udineze” – ALT2.5
A seriyasında hər iki komandanın 14 xalı var. Meydan sahibləri cari mövsüm doğma meydanda yalnız “Yuventus”a uduzub. Evdə inamlı təsir bağışlayan “Torino”nun asan qələbə qazanacağını düşünmürəm. Fikrimcə matç məhsuldar nəticə ilə yadda qalmayacaq.
“Senderiysk” – “Olborq” – ÜST2.5
Danimarka çempionatında təhlükəli zonada yerləşən “Senderiysk” birinciliyin qapısında ən çox qol görən komandalarından biridir. “Olborq” meydan sahibləri üçün uğursuz rəqib sayılır. Turnir cədvəlində üçüncü pillədə qərarlaşan “Olborq”un səfərdə müdafiədə qalmayacağı dəqiqdir. Buna görə məhsuldar nəticəni seçirəm.
“Verona” – “Empoli” – QQ – 1.55
“Torino” – “Udineze” – ALT2.5 – 1.64
“Senderiysk” – “Olborq” – ÜST2.5 – 1.76
CƏMİ: 4.47