Fernandu Santuş: “Meydana qələbə üçün çıxacağıq”

Fernandu Santuş: “Meydana qələbə üçün çıxacağıq”

Azərbaycan millisi sabah növbəti matçını keçirəcək. Millətlər Liqasının C1 qrupunda mübarizə aparan yığmamız Slovakiya seçməsi ilə qarşılaşacaq.

Oyundan öncə komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi portuqaliyalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Meydana qələbə üçün çıxacağıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Keçmişdə İsveç və Slovakiyanı məğlub etmişik, bu, aydındır. Amma ondan sonra görün nə qədər məğlub olmuşuq. Bizim üçün əsas olan məsələ odur ki, sabah futbolçular sona kimi mübarizə aparsın. Yeni yolda çətinliklər də olacaq. Bunun öhdəsindən gəlməliyik. Rəqibə hörmətimiz var. Kifayət qədər güclüdür. Avropa çempionatında çıxış ediblər. Amma onlardan qorxmuruq. Sabah əlimizdən gələni edəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Suarez milli ilə vidalaşdı

Növbəti yazı

Toral Bayramov: “Qələbə qazanmağa çalışacağıq”