Fernandinyoya əvəzləyici axtarılır

Fernandinyoya əvəzləyici axtarılır

“Mançester Siti” yarımmüdafiəçi axtarışına başlayıb. İngiltərə klubu yayda bu mövqeyə oyunçu almağı planlaşdırır.

Mançesterlilər Fernandinyonu əvəzləyə biləcək futbolçunun xidmətində maraqlıdır. Braziliyalı gələcək karyerası ilə bağlı qərar verməyib.

Baş məşqçi Pep Qvardiola onun daha bir mövsüm komandada qalmasını istəyir. Lakin cənubi amerikalı hələ düşünməyə üstünlük verir. Onu əvəzləməyə əsas namizəd kimi “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays göstərilir.

Qeyd edək ki, Fernandinyo 2013-cü ilin yayında “Şaxtyor”dan 40 milyon avroya transfer olunub.

ETOPAZ

Əvvəlki yazı

PSV Nistelroyu istəyir

Növbəti yazı

Canni de Byazi: “Mənim üçün vacib olan qələbə qazanmaqdır”