“Everton”un yenə xalı silindi

“Everton”un yenə xalı silindi

“Everton” daha bir xoşagəlməz halla üzləşib. Klub növbəti dəfə xal cəzasına məruz qalıb.

Premyer Liqa təmsilçisinin hesabından daha 2 xal silinib. Buna maliyyə qaydalarının pozulması səbəb olub. Cəza 2022/23 mövsümündə bitən üçillik dövrdəki maliyyə fəaliyyətinə görə verilib.

Bu klubun ilk cəzası deyil. Cari mövsüm “Everton”dan 10 xal da silinib. Klubun apelyasiyasından sonra həmin cəza 6 xala endirilib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 09.04.2024

Növbəti yazı

Elmar Baxşıyev “Araz-Naxçıvan”da