Elmar Baxşıyev “Araz-Naxçıvan”da

Elmar Baxşıyev “Araz-Naxçıvan”da

Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Mütəxəssislə bu gün müqavilə imzalanıb, ardınca klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb. Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar. 

Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub

ETOPAZ

Əvvəlki yazı

“Everton”un yenə xalı silindi

Növbəti yazı

Rodriqo qərarını verdi