Enrike Braziliya yolunda

Enrike Braziliya yolunda

DÇ-2022-dən sonra İspaniya yığmasından ayrılan Luis Enrike karyerasını Cənubi Amerikada davam etdirə bilər. Təcrübəli mütəxəssis Braziliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən biridir.

Enrike ilə danışıqlar davam edir. Artıq ona təklif olunan müqavilənin müddəti də bəllidir. Braziliya Futbol Konfederasiyası ispaniyalıya 3 illik anlaşma təklif edib. Cənubi amerikalılar Enrikenin DÇ-2026-nın sonuna qədər postunda qalmasını istəyir.

Lakin mütəxəssis yığma deyil, klubda çalışmaq arzusundadır. Təkliflər gözləyən Enrike braziliyalılara cavab verməyə tələsmir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.01.2023

Növbəti yazı

Ziyeş “Barselona”nın hədəfində