Sürpriz kupon – 22.01.2023

Sürpriz kupon – 22.01.2023

“Yuventus” – “Atalanta” – 1

Seria “A” da bizi çox maraqlı oyun gözləyir. Hər iki komanda yüksək yerlər uğrunda mübarizə aparır. Ev sahibi 37 xalla 3-cü yerdədir. Son turda liderə böyük hesabla məğlub oldu. Qonaq 34 xalla 6-cı yerdədir. Son oyunda böyük hesablı qələbə qazanıb. “Yuventus” evdə 18 oyunun 17-də “Atalanta” ya məğlub olmayıb. Favorit göstərilən “Yuventus” Seriya “A”dakı mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanacaq.

“Borussiya”D – “Auqsburq” – 1

Almaniya çempionatında 16 tura start verilir. Stabil oyunlar sərgiləməyən “Borussiya” 15 turdan sonra 8 qələbə 1 heç-heçə 6 məğlubiyyət. 25 xalla 6 yerdədir. Təhlükəli zonada yerləşən “Auqsburq” 15 oyun 4 qələbə 3 heç-heçə 8 məğlubiyyət. 15 xalla 14 pillədə qərarlaşıb. “Borussiya” 3 yerdən cəmi 3 xal geri qalır. Çətin ki qonaq komanda müqavimətə davam gətirsin. Ev sahibinin növbəti qələbəsinin şahidi olacağıq.

“Feyenoord” – “Ayaks” – QOL/QOL

Bu turda iki əzəmətli və prinsipial rəqiblər üz-üzə gəlir. Ev sahibi bu çempionatda çox yaxşı çıxış edir. 16 turdan sonra vahid liderlik edir. Hələlik itkisiz irəliləyirlər. “Ayaks”ın nəticələri çoxda ürək açan deyil. Əvvəlki turda “Tvente” komandasının müqavimətini qıra bilmədi. Müdafiədə çoxlu səhv etməyə başlayıblar. Favorit ev sahibidir. Amma məhsuldar oyun gözlənilir. Proqnoz ən ehtimallı olunan nəticə qol-qoldur.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 22.01.2023

Növbəti yazı

Enrike Braziliya yolunda