Endi “Redinq”ə qayıtdı

Endi “Redinq”ə qayıtdı

“Liverpul”un sabiq futbolçusu Endri Kerroll “Redinq”ə qayıdıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Hücumçu aşağı liqa təmsilçisi ilə müqavilə imzalayıb. Anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

33 yaşlı ingiltərəli azad agent kimi “Redinq”ə qoşulub. Ötən mövsüm “Vest Bromviç” və “Redinq”də 23 matça 5 qol vuran Endi bunadək “Liverpul”, “Nyukasl”, “Liverpul”, “Vest Hem”də də çıxış edib.

Qeyd edək ki, Kerroll 2021-ci ilin noyabrından 2022-ci ilin yanvarınadək “Redinq”in şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Finalçılar müəyyənləşdi

Növbəti yazı

Şreder “Leykers” yolunda