Ən yaxşılar açıqlandı

Ən yaxşılar açıqlandı

NBA-da dekabrın ən yaxşıları müəyyənləşib. Bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

“Oklahoma”nın basketbolçusu Şey Qildjes-Aleksander Qərb, “Miluoki”nin hücumçusu Yannis Adetokumbo Şərq konfransının ən yaxşı oyunçusu seçiliblər. “Klippers”in baş məşqçisi Tayron Lyu Qərb və “Boston”un çalışdırıcı Co Mazzulla Şərq konfransında ən yaxşı adına layiq görülüblər.

Ən yaxşı debütantlar da açıqlanıb. “Oklahoma”dan Çet Holmqren və “Mayami”dən Ceymi Jakez bu ada yiyələniblər.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”nin qapıçısı ABŞ-da

Növbəti yazı

“Liverpul”da itki