“Mançester Siti”nin qapıçısı ABŞ-da
“Mançester Siti”nin qapıçısı Zak Şteffen karyerasını ABŞ-da davam etdirəcək. ABŞ millisinin qolkiperi “Kolorado Rapids”ə keçib.
Zak 2019-cu ildən İngiltərə klubunda forma geyirdi. O, bu müddətdə 21 dəfə şans qazanıb.
Qolkiper ötən mövsümdə “Middlsbro”da icarədə olub. O, bu komandada 45 matç keçirib.