Emrelidən dubl, komandasından darmadağın

Emrelidən dubl, komandasından darmadağın

Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir. Yığmamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” növbəti matçına çıxıb.

Zaqreb təmsilçisi “Riyeka”nın qonağı olub. Emreli görüşə 72-ci dəqiqədə daxil olub və fərqlənməyi bacarıb. 1 dəqiqə sonra sarı vərəqə ilə cəzalanan yığmamızın futbolçusu 85-ci dəqiqədə dublunu rəsmiləşdirib. Matç qonaqların 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Gəncə və Masazırda qolsuz bərabərliklər

Növbəti yazı

Millimizin heyəti bəlli oldu