Emreli Xorvatiya çempionatında debüt etdi

Emreli Xorvatiya çempionatında debüt etdi

Millimizin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında debüt edib. 25 yaşlı futbolçu HNL-in 26-cı turunda “Sibenik”lə matçın iştirakçısı olub.

Mahir Zaqrebdə baş tutan qarşılaşmada start heyətində yer alıb. O, 60-cı dəqiqədə əvəzlənib.

Zaqreblilər 3:0 hesabı ilə qalib gəlib. Böyükhesablı qələbə sayəsində xallarının sayını 53-ə çatdıran “Dinamo” turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” və “Neftçi”dən qələbə

Növbəti yazı

Günün kuponu – 06.03.2022