Emin Mahmudov: “Çox xal toplaya bilərdik”

Emin Mahmudov: “Çox xal toplaya bilərdik”

Azərbaycan yığması sabah Millətlər Liqasında sonuncu oyununu keçirəcək. C liqasının 3-cü qrupunun Qazaxıstanla VI turdakı ev oyunu öncəsi təşkil olunan mətbuat konfransında komandanın kapitanı Emin Mahmudov da iştirak edib.

Təcrübəli yarımmüdafiəçi görüş barədə fikirlərini açıqlayıb: “Slovakiyaya qarşı çox yaxşı, sona kimi mübarizə apardıq. Bu, bizə yaxşı nəticə qazanmağımıza kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirmirdi. Ardıcıl qələbələr qazandıq. Özümüz olan inamı artırdı. Əsas odur ki, davamlı olsun. Bəzi oyunlarda daha yaxşı oynaya, çox xal toplaya bilərdik. Potensialımız imkan verir ki, daha yaxşı oynayaq. Bəzi matçlarda potensialımızdan daha aşağı çıxış etdik. Məncə, daha yaxşı nəticələr əldə edə bilərdik”.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Çox yaxşı komandamız var”

Növbəti yazı

Ronaldonun burnu əzildi