Emil Səfərov “Neftçi”də

Emil Səfərov “Neftçi”də

“Neftçi” Emil Səfərovla 3 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xitdməti məlumat yayıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən komandanın əsas heyətində çıxış edib. Emil 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub. O, Azərbaycan aşağı yaş qrup yığmalarının heyətində 4 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer edib.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” ilk transferini reallaşdırdı

Növbəti yazı

Son çempiondan erkən vida