Embiiddən məhsuldar seriya

Embiiddən məhsuldar seriya

“Filadelfiya”nın basketbolçusu Coel Embiid ardıcıl 3-cü pley-off matçında 30 və ya daha çox xal yığmağı bacarıb. O, ikinci raundun “Boston”la 5-ci matçında fərqlənib – 115:103.

Bu qələbə ilə “Siksers” seriyada üstünlüyü ələ keçirib – 3:2. Embiid 33 xal, 7 ribaund, 4 blok-şota imza atıb.

O, əvvəlki iki görüşdə də 30 xal səddini aşıb. Bu, Coelin karyerasının rekord seriyasıdır.

“Filadelfiya” tarixində yalnız Allen Ayverson və Uilt Çemberlen pley-offda daha uzun məhsuldar seriyaya nail olub. Allen 2001-ci ildə 5, Uilt 1965-ci ildə 4 matçda 30 və ya daha çox xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Madriddə qalib müəyyənləşmədi

Növbəti yazı

“Mançester Siti”də yeni rekord