Əliyar Ağayevə növbəti təyinat
Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununu idarə edəcək. FIFA dərəcəli referi 34-cü turun “Panatinaikos” – “Aris” matçına təyinat alıb.
Çempionluq qrupunda baş tutacaq oyunda Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını yerli Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.
“Panatinaikos”a türkiyəli mütəxəssis Fatih Terim başçılıq edir. Onun komandası 71 xalla 2-ci, “Aris”49 xalla 5-ci pillədə qərarlaşıb. Aprelin 28-də keçiriləcək görüş saat 21:30-da start götürəcək.
Qeyd edək ki, Yunanıstan Futbol Federasiyasının qərarına əsasən yüksək yerlər uğrunda yarışan komandaların oyunlarını əcnəbi hakimlər idarə edirlər.