Eduar Mendi ilin ən yaxşı qapıçısı seçildi
2021-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib. FİFA-nın ilin ən yaxşı qolkiperi adına Eduar Mendi (Seneqal/“Çelsi”) layiq görülüb.
O, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimində qalib elan olunub. Mendi qurumun keçirdiyi səsvermədə Canluici Donnarumma (İtaliya/“Milan”/PSJ) və Manuel Noyeri (Almaniya/“Bavariya”) arxada qoyub.