Dyurant “Top-10”da

Dyurant “Top-10”da

“Finiks”in basketbolçusu Kevin Dyurant NBA tarixinin 10 ən məhsuldar oyunçusu siyahısına düşüb. Hücumçu Mozes Melounu keçib.

Kevin müntəzəm çempionatlardakı xal hesabını 27 min 415-ə çatdırıb. O, Melounu 6 xal geridə qoyub.

Dyurant bunu “Denver”lə görüşdə rəsmiləşdirib.

1. Lebron Ceyms — 39 124.
2. Kərim Abdul-Cabbar — 38 387.
3. Karl Meloun — 36 928.
4. Kobi Brayant — 33 643.
5. Maykl Cordan — 32 292.
6. Dirk Novitski — 31 560.
7. Uilt Çemberlen — 31 419.
8. Şakil Onil — 28 596.
9. Karmelo Entoni — 28 289.
10. Kevin Dyurant — 27 415.
11. Mozes Meloun — 27 409.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın qapıçı planı

Növbəti yazı

Bundesliqanın oyunu təxirə salına bilər