“Bavariya”nın qapıçı planı
“Bavariya”nın qapıçı planı bəlli olub. Almaniya klubu Manuel Noyeri əvəzləyə biləcək qolkiperlərin siyahısını müəyyənləşdirib.
37 yaşlı əlcək sahibinin xələfi olmağa üç futbolçu namizəddir. “Milan”dan Mayk Menyan, Dortmund “Borussiya”sından Qreqor Kupe və “Ştutqart”dan Aleksandr Nyubel “Bavariya”nın planlarına daxildir.
Noyerin müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, 2011-ci ildən Münhen klubunda forma geyinir. Onun hesabında 495 matç var. Manuel 237 görüşdə qol buraxmayıb.