Dünya çempionu karyerasını bitirir

Dünya çempionu karyerasını bitirir

Fransalı futbolçu Blez Matuidi karyerasını bitirir. 35 yaşlı yarımmüdafiəçi sosial media hesabından verdiyi açıqlamada çox sevdiyi futbolla vidalaşmağın vaxtının gəldiyini bildirib. 

Klub karyerasında PSJ ilə 4 dəfə Fransa, “Yuventus”la 3 dəfə İtaliya çempionu olan Matuidi dekabrın 31-də “İnter Mayami” ilə müqaviləsi başa çatdıqdan sonra yaşıl meydana vida edəcək.  

Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında mundialın qızıl medalına sahib olub. 

ETOPAZ

Əvvəlki yazı

“Barselona” seçim qarşısında

Növbəti yazı

Millinin iki futbolçusu təhlükədə