Donnarumma 2 oyunluq cəzalandırıldı
PSJ-də ciddi itki baş verib. Komandanın qapıçısı Cianluici Donnarumma cəzalı duruma düşüb.
Buna səbəb onun “Havr”la matçda qırmızı vərəqə görməsi olub. Fransa Futbol Federasiyasının İntizam Komitəsi qolkiperi 2 oyunluq cəzalandırıb.
Donnarumma “Nant” və “Lill”lə görüşlərdə komandasına kömək edə bilməyəcək.