Donçiç NBA tarixinə düşdü

Donçiç NBA tarixinə düşdü

“Maveriks”in basketbolçusu Luka Donçiç NBA tarixinə düşüb. O, buna “Sanz”a qarşı seriyanın 4-cü oyununda nail olub.

Sloveniyalı görüşdə (111:101, 2-2) 26 xal toplayıb. Həmçinin, 7 ribaund və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Donçiç ilk 20 pley-off oyununda 650 xal, 150 ribaund və 150 ​​məhsuldar ötürmə etməyi bacarıb. O, NBA tarixində bunu edən yeganə şəxsdir.

Sloveniyalı 655 xal toplayıb ki, bu da pley-offda ilk 20 matçda üçüncü nəticədir. Yalnız Maykl Cordan (718) və Uaylt Çemberleyn (705) daha xal yığmağı bacarıb.

ETOPAZ

Əvvəlki yazı

“Milan” 10 ildən sonra

Növbəti yazı

“Mançester Siti”nin 3 futbolçusu mövsümü bitirdi