“Mançester Siti”nin 3 futbolçusu mövsümü bitirdi
“Mançester Siti”də ciddi itkilər baş verib. İngiltərə klubunun müdafiəçiləri Ruben Dias, Con Stons və Kayl Uolker zədə səbəbindən mövsümün qalan üç oyununu buraxacaqlar.
Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola açıqlamasında bildirib. Premyer Liqanın son turlarında “Mançester Siti” səfərdə “Vulverhempton” və “Vest Hem”, həmçinin, evdə “Aston Villa” ilə oynayacaq.