Dieqo Forlan istefaya göndərildi

Dieqo Forlan istefaya göndərildi

Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan işsiz qalıb. İkinci divizionda çıxış edən “Atenas”ın baş məşqçisi kimi çalışan veteran istefaya göndərilib.

42 yaşlı mütəxəssis martda “sükanı arxası”na keçdiyi komandada cəmi 12 tur duruş gətirib. Müqaviləsi 2022-ci ilədək olan Forlan işini yarımçıq tərk edib. Buna komandanın 5-ci pillədə qərarlaşması səbəb olub.

Xatırladaq ki, “Mançester Yunayted” və “Atletiko” kimi klublarda da oynamış Forlan “Penyarol”un baş məşqçisi postunda da qısa müddət çalışıb.

ETOPAZ

Əvvəlki yazı

“Qolden Steyt”in Mark Qazol planı

Növbəti yazı

Messi üçün 41 milyonluq malikanə