Dibalaya 10 milyonluq təklif
İngiltərənin daha bir klubu Paulo Dibalaya elçi düşüb. “Yuventus”un argentinalı hücumçusunun nümayəndələri ilə danışıqlara start verən “Liverpul”un ardından “Mançester Siti”də forvarda maraq göstərməyə başlayıb.
“Şəhərlilər” yayda azad agent kimi heyətinə qatmaq istədiyi cənubi amerikalıya ildə 10 milyon avro ödəməyə hazırdır. Bu, digər klubların təklifləri ilə müqayisədə daha yüksək rəqəmdir.
Dibalanın keçidində baş məşqçi Pep Qvardiola israrlıdır. O, 28 yaşlı oyunçunu sərəncamında görmək istəyir. 2015-ci ildən “Yuvemtis”da oynayan Dibala maliyyə şərtlərində razılıq əldə olunmadığı üçün müqaviləni uzatmayıb.