Di Mariyaya “Yuventus”dan təklif

Di Mariyaya “Yuventus”dan təklif

PSJ-nin futbolçusu Anxel di Mariya karyerasını İtaliyada davam etdirə bilər. Argentinalı “Yuventus”dan təklif alıb.

Turin təmsilçisi 34 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağa yaxındır. Di Mariya ilə bir illik müqavilə imzalanması planlaşdırılır.

Cənubi amerikalı bu müddətdə 7 milyon avro qazana bilər.

Qeyd edək ki, mövsümdə 30 matç keçirən Di Mariya 4 qol və 6 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 17.05.2022

Növbəti yazı

Kunde “Barselona”nın hədəfində