Devis kubokunun formatı dəyişdirilir

Devis kubokunun formatı dəyişdirilir

Devis kubokunun final mərhələsinin formatı dəyişdiriləcək. Turnirin BƏƏ-nin paytaxtı Abu-Dabiyə köçməsi rəsmən həftəsonu elan olunacaq.

Jerar Pikenin sahibi olduğu “Kosmos” şirkətinin keçirdiyi turnirin final mərhələsinin iki hissədən ibarət olması planlaşdırılır. 16 komanda Avropanın 4 müxtəlif şəhərində qrup mərhələsində oynayacaq.

Səkkiz ən güclü pley-offda mübarizəni davam etdirəcək. Bu qarşılaşmalar BƏƏ-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Ranqnikin ilk transfer istəyi

Növbəti yazı

“Latsio” Sarri ilə müqaviləni uzadır