Dest “Milan” yolunda
“Barselona”nın müdafiəçisi Serginyo Dest mövsümü İtaliya çempionatında keçirə bilər. 21 yaşlı futbolçu ilə bağlı Kataloniya klubu və “Milan” arasında tam razılıq əldə olunub.
O, 2022-23 mövsümünün sonuna kimi icarə əsasında Milan təmsilçisinə keçəcək. Son İtaliya çempionunun müqavilənin sonunda Desti tam hüquqlu transfer edə bilməsi də mümkündür.