“Ayaks”dan Premyer Liqaya

“Ayaks”dan Premyer Liqaya

“Ayaks”ın futbolçusu Edson Alvares karyerasını İngiltərədə davam etdirə bilər. Yarımmüdafiəçinin xidmətində “Çelsi” maraqlıdır.

London klubu Niderland təmsilçisinə 50 milyon avroluq təklif də göndərib. 24 yaşlı futbolçu həm yarımmüdafiəçi, həm də mərkəz müdafiəçisi kimi də oynamaq bacarığına malikdir.

Tomas Tuxel də Alvaresə məhz arxa xətt oyunçusu gözü ilə baxır. Almaniyalı müdafiə xəttinin gücləndirilməsini zəruri sayır.

Qeyd edək ki, Edsonun “Ayaks”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Dest “Milan” yolunda

Növbəti yazı

Günün kuponu – 02.09.2022