Derbi yarımçıq dayandırıldı

Derbi yarımçıq dayandırıldı

İspaniya kubokunun 1/8 final mərhələsində xoşagəlməz hadisə yaşanıb. “Betis” və “Sevilya” arasında matç yarımçıq dayandırılıb.

Oyunun 39-cu dəqiqəsində Nabil Fekirin qolundan sonra “Betis” hesabı bərabərləşdirib. Meydan sahibləri qolu bayram edərkən tribunadan atılan plastik çubuq qonaqların futbolçusu Joan Jordanın başına dəyib.

Baş hakim Rikardo Benqoeçea qarşılaşmanı dayandırıb. O, komandaları meydandan çıxarıb. Sevilya derbisi davam etdirilməyib. Qeyd edək ki, oyun dayandırılanda hesab 1:1 olub.

ETOPAZ

Əvvəlki yazı

Eriksen Premyer Liqaya qayıdır

Növbəti yazı

Zommerdən nadir təsadüf olunan uğur