Depay Keynə çatdı

Depay Keynə çatdı

Memfis Depay DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin bombardiri adına şərik olub. Niderland yığmasının futbolçusu Norveçlə son turun matçında (2:0) qol sevinci yaşayıb. Hücumçu bununla da tsikldəki qol sayını 12-yə çatdırıb.

O, eyni sayda qola sevinən İngiltərə millisinin forvardı Harri Keynə şərik olub. Lakin böyük britaniyalı 12 qolu 8 matçda vurubsa, Memfis 10 oyunda iştirak edib.

Depay həm də ən yaxşı asssitent adına şərikdir. O, Leon Qoretska (Almaniya) və Duşan Tadiçlə (Serbiya) eyni sayda – 6 dəfə qol ötürməsi verib.

ETOPAZ

Əvvəlki yazı

Marselo seçim qarşısında

Növbəti yazı

Argentina DÇ-2022-də