Depay Braziliyaya gedir

Depay Braziliyaya gedir

Niderland millisinin futbolçusu Memfis Depay karyerasını Braziliyada davam etdirə bilər. Hücumçu “Korintians”a keçməyə yaxındır.

30 yaşlı futbolçu yaxın günlərdə müqavilə imzalayacaq. Onun anlaşması 2026-cı ilin sonunadək nəzərdə tutulacaq. Depay Cənubi Amerika təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, ötən mövsüm La Liqada 23 matçda 5 qol vuran hücumçunun “Atletiko” ilə müqaviləsi yayda başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Sinner rekordu təkrarladı

Növbəti yazı

İtaliya 16 ildən sonra