Dele Alliyə təklif
“Tottenhem”in yarımmüdafiəçisi Dele Alli artıq bu ay komandasını dəyişə bilər. 25 yaşlı orta sahə oyunçusu Premyer Lianın 2 klubunun maraq dairəsindədir.
“Nyukasl”dan sonra “Everton” da İngiltərə millisinin üzvünü icarəyə götürmək niyyətindədir. London klubunun rəhbərliyi də heyətə düşə bilməyən Allini icarə əsasında göndərməyin əleyhinə deyil. “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Dele Alli cari mövsüm bütün turnirlərdə 18 oyunda iştirak edib, 2 qol, 1 məhsuldar ötürmə ilə seçilib.