“Mançester Yunayted”in yay planları

“Mançester Yunayted”in yay planları

“Mançester Yunayted” yay transfer pəncərəsi üçün hazırlıqlara başlayıb. “Qırmızı şeytanlar” mövsümün sonunda 4 transfer etməyi planlaşdırır.

Rəhbərlik yarımmüdafiəni komandanın ən zəif nöqtəsi hesab edir və ilk növbədə bu problemi yoluna qoymağa çalışacaq. Hazırda heyətdə 29 oyunçu olduğundan, qışda transfer mümkün görünmür. Premyer Liqa təmsilçisi yayda Edinson Kavani, Cessi Linqard, Xuan Mata və Pol Poqba ilə yollarını ayıracaq.

Mövsümün sonu üçün ilk hədəf “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysdır. Həmçinin hücum xəttinin gücləndirilməsi də planlaşdırılır. Digər mövqelərlə bağlı qərar isə komandadakı oyunçuların qalıb-qalmamasından asılı olacaq. “Mançester Yunayted” eyni zamanda mövsümün sonunda Ralf Ranqniki yola salıb, yeni baş məşqçi gətirəcək.

ETOPAZ

Əvvəlki yazı

Dele Alliyə təklif

Növbəti yazı

Zlatan üçün pley-offu buraxmaq təhlükəsi