Deandre Cordan: “Leykers”də çıxış edəcəyini təsəvvür etmək mümkünsüzdür”

Deandre Cordan: “Leykers”də çıxış edəcəyini təsəvvür etmək mümkünsüzdür”


“Leykers”in yeni transferi Deandre Cordan komandasını dəyişməsi barədə fikirlərini açıqlayıb. 10 il “Klippers”in şərəfini qorumuş mərkəz oyunçusu Los-Anceles digər təmsilçisində çıxış etməsini ağlasığmaz adlandırıb : “Bu, mənim üçün kifayət qədər yeni vəziyyətdir. Los-Ancelesdə 10 mövsüm “Klippers”də oynayandan sonra nə vaxtsa “Leykers”də çıxış edəcəyini təsəvvür etmək mümkünsüzdür. Bunu tam əks istiqamətdə də söyləmək olar. Amma belə imkan yarananda əldən buraxmaq çətindir. Burada olduğuma və klubun bir parçasına çevrildiyimə şadam. Titul uğrunda mübarizə aparacağıq və mən də bunda iştirak edəcəyəm”.
Xatırladaq ki, Deandre 2008-18-ci illərdə “Klippers”də çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Kliysters korta qayıdır

Növbəti yazı

Cokoviçin 31-ci, Medvedevin 3-cü finalı