De Yonqa Münhendən təklif

De Yonqa Münhendən təklif

“Barselona”nın futbolçusu Frenki de Yonqa daha bir klub elçi düşüb. Yarımmüdafiəçi “Bavariya”nın maraq dairəsindədir.

Münhen klubu onu mövsümün sonunda almaq hüququ ilə icarəyə götürməyi təklif edib. Almaniya təmsilçisinin əsas rəqibi “Mançester Yunayted”dir. Premyer Liqa klubu da niderlandlını heyətinə qatmaq arzusundan əl çəkmir.

Qeyd edək ki, de Yonq cari mövsüm La Liqanın üç matçında meydana çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Kyer qayıdır

Növbəti yazı

Qrizman Araqonesə çatdı