Kyer qayıdır
“Milan”ın futbolçusu Simon Kyer meydanlara qayıdır. Danimarkalı müdafiəçi A seriyasının IV turunda meydana çıxa bilər.
Onun adının “Sassuolo” ilə görüşün protokoluna daxil ediləcəyi gözlənilir. 33 yaşlı danimarkalı təxminən 9 ay meydanlardan kənar qalıb.
Dizindəki zədə üzündən uzun müddət oynamayan müdafiəçi sonuncu dəfə 2021-ci il dekabrın 1-də meydana çıxıb. “Sassuolo” – “Milan” qarşılaşması bu gün keçiriləcək.
Qeyd edək ki, Kyer ötən mövsüm 14 matçda şans qazanıb.